Rusiyadan Qarabağ açıqlaması: Sülhməramlılara qarşı təxribatlar edildi, amma...

Rusiyadan Qarabağ açıqlaması: Sülhməramlılara qarşı təxribatlar edildi, amma...

Dağlıq Qarabağdakı vəziyyət sabitləşməyə davam edir.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova həftəlik brifinqində deyib.

"Həftə ərzində Qarabağda vəziyyət sabitləşməyə doğru davam etdi, atəşkəs pozuntuları qeydə alınmadı, həmçinin Rusiya sülhməramlı kontingentinə qarşı təxribatlar edildi", - Zaxarova deyib.

Onun sözlərinə görə, müşahidə edilən müsbət nəticələr Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən təsdiqlənmiş və hazırda praktiki olaraq həyata keçirilən istiqamətin düzgünlüyünün sübutudur.

Zaxarova bəyanatdan irəli gələn bütün məsələlərin Rusiya rəhbərliyinin diqqətində qaldığını vurğulayıb: “Biz Rusiyanın Ermənistan və Azərbaycanla birlikdə həyata keçirdiyi hərtərəfli tədbirlərin, eləcə də maraqlı xarici tərəfdaşların və strukturların Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcəyini gözləyirik”.

Zümrüd

Mənbə: publika.az