Paşinyanın nazir təyin etdiyi iş adamı: “Ordu barədə nağıllar danışırdılar”

Paşinyanın nazir təyin etdiyi iş adamı: “Ordu barədə nağıllar danışırdılar”

Ermənistanda iqtisadiyyat naziri vəzifəsinə “Menu.am” ərzaq çatdırılması şəbəkəsinin direktoru, iş adamı Vahan Kerobyan təyin edilib. Kerobyan ikinci Qarabağ döyüşlərində iştirak edib. Onun nazir vəzifəsinə təyinatı müzakirələrə səbəb olub.

Son günlər Ermənistanda barıt qoxusunun hələ getmədiyi hərbi keçmişi olanları məsul vəzifələrə təyin etmək dəb halını alıb. "Məxməri baş nazir" əvvəllər yaltaqları əhəmiyyətli vəzifələrə təyin edirdi, indi vəziyyət dəyişdi. Nikol Paşinyan vəzifələrə o qədər təyinatlar etdi ki, Ermənistanda hansısa nazir vəzifəsini tutmayan adam qalmadığı təəssüratı yaranır.
Vaan Kerobyan cəbhədə döyüşüb və məğlub olan erməni ordusu ilə geri qayıtsa da, hələ nazir vəzifəsində olmamışdı. O, eyni zamanda iş adamıdır və bu səbəbdən böyük bir əmək haqqına ehtiyac yoxdur.
Vəziyyət elə idi ki, Ermənistan iqtisadiyyatını dağılma və durğunluq bataqlığından çıxarmağa çalışacaq birini təyin etmək lazım idi. Bəlkə də, Ermənistan iqtisadiyyatı 90-cı illərdən başqa heç vaxt bu dərəcədə bataqlığa bürünməmişdi. Paşinyanın siyasi naşılığı nəticəsində başladılan müharibə praktik olaraq Ermənistan iqtisadiyyatını çökdürdü və onu dirçəltmək üçün möcüzə lazımdır. Bəlkə də bu "möcüzə" "fast food" çatdırılması xidmətinin sahibi Vahan Kerobyan olacaq.
Beləliklə, böyük bir qida çatdırılması şirkətinin ortaq sahibi Vahan Kerobyan bu yaxınlarda vəzifəsinə təyin olunmadan əvvəl Əl-Cəzirə telekanalına müsahibə verdi. Həmin müsahibədən bəlli olur ki, o, Paşinyanın siyasətindən razı qalmayıb.
Söhbət əsnasında iş adamı deyib: "Bizə nağıllar danışdılar. Güclü olduğumuzu dedilər. Yanlışlıqla ordumuzun çox güclü, çox böyük olduğunu düşündük, istədiyimizi edə bilərik, amma əslində cəmiyyətdə heç kim real vəziyyətdən xəbərdar deyildi. İndi biz haqq etdiyimiz nəticəyə malikik".
Ümumilikdə ermənilərin Paşinyanın məlumat və inkvizisiya maşını tərəfindən aldadıldığını etiraf edən Kerobyan indi Paşinyanın yaltaqlar komandasında tamamilə yeni bir fenomendir. Əlbəttə ki, bu baxımdan Paşinyan üçün yeni nazirlə işləmək son dərəcə çətin olacaq.
Təyin olunan şəxsin heç bir illüziyası və rəngli eynəyi yoxdur, çox gözəl başa düşür ki, mövcud vəziyyət Paşinyanın siyasi səbatazlığının nəticəsidir. İndi ermənilər ya reallıqları qəbul etməli, ya da tamamilə təcrid şəraitində keçmişin səhvləri ilə yaşamalıdır.

Mənbə: virtualaz.org