“Reallıqdan uzaqdır”: Türkiyə Avropa Parlamentinin qətnaməsini tənqid edib

“Reallıqdan uzaqdır”: Türkiyə Avropa Parlamentinin qətnaməsini tənqid edib

Türkiyə Avropa Parlamentinin Ankaraya qarşı qəbul etdiyi qətnaməni tənqid edərək, onun “reallıqdan uzaq” olduğunu bildirib

Banker.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy söyləyib.

“Biz Avropa Parlamentinin bizə və Şimali Kiprə münasibətdə qəbul etdiyi qətnaməni tamamilə rədd edirik. Şübhəsiz ki, bu, Kiprin yunan icmasının diktəsi ilə qəbul edilmiş bir qərardır və Avropa Parlamentinin bu məsələdə nə qədər qərəzli olduğunu göstərir”, – səfir bildirib

Mənbə: banker.az