Mikael Melkumyan: "Nikol Paşinyan Heydər Əliyevin yarımçıq qalmış layihəsini həyata keçirir"

Mikael Melkumyan: "Nikol Paşinyan Heydər Əliyevin yarımçıq qalmış layihəsini həyata keçirir"

“Ermənistanın baş naziri Nikol Paşinyanın yüngül əli ilə hazırda Azərbaycan Prezidenti İlham Əliyevin atası Heydər Əliyevin layihəsi həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Mikael Melkumyan 26 noyabr tarixində parlamentin növbədənkənar iclasında deyib. Onun sözlərinə görə, 1980-ci illərdə Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədr müavini təyin edildikdən sonra Sünik (Zəngəzur-red) ərazisindən Zəngilandan Naxçıvana 42 kilometr uzunluğunda asfaltlanmamış hərbi yolun salınması məsələsini qaldırdı.

“Yolun çəkilməsindən sonra orada Azərbaycan kəndləri salmağı, sonra da ətraf əraziləri əlinə keçirməyi planlaşdırırdı. Və yalnız Karen Dəmirçyanın səyləri sayəsində bu layihənin həyata keçirilməsini dayandırmaq mümkün oldu”, – deyə Melkumyan əlavə edib.

O daha sonra əlavə edib ki, “İndi baş nazirin təklifi ilə ölkəmizin çətin vaxtında dayandırılmış bir layihəyə yenidən həyat verilir. Ona görə də Paşinyanın hakimiyyətdə qalmağa və ölkə adından danışıqlar aparmağa mənəvi haqqı yoxdur”.

“Xalq sizi hakimiyyətə gətirdi, xalq da sizi qovacaq. Son iki ildə siz xalqın iqtidara olan güvənini tamamilə dağıtdınız. Aranızda ortaya çıxacaq və uğursuzluğu və istefa ehtiyacını dürüst bir şəkildə bəyan edəcək bir kişi yoxdur?”, – deyə deputat fikirlərini tamamlayıb.

Mənbə: konkret.az