6 ölkənin toplaşdığı iclasda Qarabağdan danışılacaq - Tarix BƏLLİ OLDU

6 ölkənin toplaşdığı iclasda Qarabağdan danışılacaq - Tarix BƏLLİ OLDU

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nazirlər Şurasının iclası dekabrın 1-də keçiriləcək.

Publika.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərliyi ilə videokonfrans formatında baş tutacaq iclasın gündəliyinə qlobal və regional təhlükəsizliyin vəziyyəti və inkişaf perspektivləri, KTMT fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər daxildir.

Lavrov həmkarlarına Rusiya Federasiyasının təşkilata sədrliyinin nəticələri barədə məlumat verəcək. Daha sonra sədrlik Tacikistana keçəcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı açıqlamasında "KTMT-nin BMT ilə qarşılıqlı fəaliyyətinə, sülhməramlı məsələlərə nəzər yetirilməsinə xüsusi diqqət ayrılacaq" deyib.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Zümrüd

Mənbə: publika.az