Ukrayna Donbası hərbi yolla qaytara bilmir: General 3 səbəb sadaladı

Ukrayna Donbası hərbi yolla qaytara bilmir: General 3 səbəb sadaladı

Ukrayna Hərbi Qüvvələrinin Ali Baş Komandanı general Ruslan Xomçak Donbası ölkənin tərkibinə qaytarmaq üçün hərbi yoldan istifadə etməyin şanslarını dəyərləndirib.

Cebhe.info xəbər verir ki, bu barədə onun sözlərinə istinadən "Novoye vremya"məlumat yayıb.

Xomçakın sözlərinə görə, Donbası hərbi yolla qaytarılması məsələyə son qoymayacaq. "Bu, 3 səbəbdən mümkün deyil",-deyə o bildirib.

"Bu məsələyə Rusiyanın qarışması riski var, eyni zamanda Ukrayna hərbçiləri ciddi itkilər verəcək. Daha bir səbəb isə bu halda Kiyev beynəlxalq humanitar hüququ pozmuş olacaq, belə ki, həmin ərazi, yəni hərbi vəziyyət yaranacaq ərazi əhalinin sıx məskunlaşdığı regiondur",-deyə Ali Baş Komandan fikrinə əlavə edib.

Generalın sözlərinə görə, donbaslılar Ukrayna hərbçilərini heç də dəstəkləmirlər və buna görə də onlar arxadan vurula bilərlər.

Qeyd edək ki, Donbas münaqişəsi 6 ildən artıqdır ki, davam edir.

Mənbə: cebhe.info