BƏƏ Türkiyəyə qarşı Misir, Fransa və Yunanıstanla razılaşdı

BƏƏ Türkiyəyə qarşı Misir, Fransa və Yunanıstanla razılaşdı

Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Ənvər Qarqaş Şərqi Aralıq dənizi məsələsi ilə bağlı açıqlama verib.

Ənvər Qarqaş açıqlamasında bildirib ki, Şərqi Aralıq dənizi mövzusunda Türkiyəyə qarşı Misir, Fransa və Yunanıstan səy göstərib birgə mövqe nümayiş etdirdilər.

Türkiyə və İranı bölgə üçün təhlükə olaraq xarakterizə edən Ənvər Qarqaş Misir və Yunanıstanla əməkdaşlığı yüksək dəyərləndirib.

"Biz öz ölkəmizin nüfuzu üçün çalışırıq. Əgər nüfuzu qoruya bilməsək regional qüvvələr qarşısında məğlub olarıq", - deyə Xarici İşlər naziri diqqətə çatdırıb.

Mənbə: eastnews.org