Yəmənli lider işğalçıların müdafiə xəttinin dağıdıldığını vurğuladı

Yəmənli lider işğalçıların müdafiə xəttinin dağıdıldığını vurğuladı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi işğalçıların müdafiə sistemindən danışıb.

"Gedin Amerika Birləşmiş Ştatlarından yeni silahlar alın. Çünki "Qüds raketlərimiz" sizin müdafiə sisteminizi dağıtdı", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.

Məhəmməd Əli Husi açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanına atılan raketlərin hamısı Yəmənin öz istehsalıdır.

"Nə vaxt Yəmənə hücumlar dayansa bizim də hərbi əməliyyatlarımız dayanacaq. Biz hal hazırda ölkəmizi müdafiə edirik", - deyə Məhəmməd Əli Husi qeyd edib.

Mənbə: eastnews.org