Azərbaycan Kəlbəcəri, Ağdamı və Laçını niyə döyüşlə almadı?

Azərbaycan Kəlbəcəri, Ağdamı və Laçını niyə döyüşlə almadı?

"Düşünmədən, məntiqli təhlil etmədən bəziləri deyir ki, biz qalan ərazilərimizi də, xüsusilə Kəlbəcər və Laçını da müharibə edərək almalıydıq. Yazırlar ki, elə olsaydı vəhşi ermənilər oradan çıxanda evləri, tikililəri dağıtmazdı, meşələri yandırmazdı və s. Hər birimiz çox gözəl bilirik ki, o sürətlə gedən ordumuz bir neçə günə onları da azad edərdi".

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Xəyal Bəşirov qeyd edib ki, oradan çıxan o barbarların son vəhşilikləri hər birimizi hiddətləndirir və qəzəbləndirir: "Bu səhnələr nə qədər ağrılı olsa da, nəzərə alın ki, bir qəhrəman hərbçimizin qanı və canı minlərlə evdən, tikilidən və meşədən daha dəyərlidir. Biz, dövlət və xalq olaraq o dağıdılmış və yandırılmış tikililəri, meşələri, yolları çox tezliklə yenə də bərpa edəcəyik. Ancaq şəhid olmuş hərbçilərimizi və sağlamlıqlarını itirmiş qazilərimizin əvvəlki sağlıqlarını geriyə qaytara bilməyəcəyik".

Xəyal Bəşirovun sözlərinə görə, bu müharibənin göstəricilərindən biri də o oldu ki, bizim əsgərimizin qabağından siçovul kimi qaçıb gizlənən erməni hərbçilərinin gücü ev heyvanlarını öldürməyə, evləri yandırmağa və ağacları kəsməyə yetdi.

 

Mənbə: olaylar.az