Paşinyan Kəlbəcərdə sərhədin necə müəyyən olunacağından danışdı

Paşinyan Kəlbəcərdə sərhədin necə müəyyən olunacağından danışdı


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Geğarkunik bölgəsi arasında sərhəd xəttinin SSRİ zamanındakı sərhəd xəttinə əsasən müəyyən olunacağını deyib.
Yeniavaz.com xəbər verir ki, Nikol Paşinyan bunu “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi canlı çıxışında bildirib.
Paşinyan deyib ki, bölgədə yerləşən Zod qızıl mədəninin bir hissəsi Azərbaycan, bir hissəsi isə Ermənistan ərazisinə düşür: “Demarkasiya kifayət qədər mürəkkəb bir prosesdir və istəsək də, istəməsək də, yalnız rus sülhməramlılarının deyil, həm də Azərbaycanın nümayəndələrinin iştirakı ilə baş verməlidir. Üstəlik, sərhədlər müəyyən edilərkən bunu gözlə ölçmürlər. Bu, GPS koordinatları ilə müəyyən edilir”.

Mənbə: www.yeniavaz.com