Suriyada terror aktı törədildi

Suriyada terror aktı törədildi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın şimalındakı Rəsulayn bölgəsində bomba yüklü nəqliyyat vasitəsinin "Suriya Milli Ordusu"nun (SMO) nəzarət nöqtəsində terror hücumu həyata keçirilib.

Hücum nəticəsində SMO-dan 2 əsgər həlak olub, 2 nəfər isə yaralanıb.

Bomba yüklü nəqliyyat vasitəsinin sürücüsünün taleyi məlum deyil.

Hücumla əlaqədar istintaq başladan yerli təhlükəsizlik qüvvələri hücumun YPG/PKK tərəfindən təşkil edildiyi ehtimalında dayanır.

Mənbə: eastnews.org