“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...

“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...

Qubadlı rayonu işğaldan azad edildikdən sonra Milli Qəhrəman Əliyar Əliyevin də məzarı oğlu Emin Əliyev tərəfindən ziyarət edilib. Silahlı Qüvvələrimizin zabiti olan

“Qubadlı işğaldan azad edildikdən sonra mən rayonumuza baş çəkdim. Atamın və babam Yusifin qəbirlərini tapdım. Təbii ki, ermənilər orda hər şeyi, həmçinin qəbirlərizi dağıdıblar. Mən Qubadlının Şəhidlər Xiyabanında da oldum, oranı da ermənilər dağıdıb. Allah bunlara lənət etsin. İnşallah o yerlərə qayıdandan sonra biz bunların hamısını bərpa edəcəyik”.

Qeyd edək ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq ordu sıralarına qoşulub. O, əvvəl taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. Ə.Əliyev 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olub. O, doğulduğu Qazyan kəndində anadan olub.

Vasif Əlihüseyn

Mənbə: moderator.az