“Onlar hakimiyyətə qanla gəlmək istəyirlər...” - Paşinyan müxalifəti hədələdi

“Onlar hakimiyyətə qanla gəlmək istəyirlər...” - Paşinyan müxalifəti hədələdi

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə ermənilərə müraciət edərək, yenə də hakimiyyəti təhvil verməyə hazırlaşmadığını bildirib.

“AzPolitika.info” xəbər verir ki, Paşinyan telemüraciətində müxalifətin qan üzərindən hakimiyyətə gəlmək istədiyini deyib: “Onlar hər zaman etdikləri kimi, qan üzərindən hakimiyyəti qaytarmaq istəyirlər. Əminliklə deyirəm ki, buna imkan verməyəcəyik. Ona görə yox ki, hakimiyyətdən yapışmışıq, ona görə ki, erməni xalqı bunu istəmir”.

Onun sözlərinə görə, müxalifət ölkədə xaos və hakimiyyətin olmaması görüntüsü yaratmağa çalışır. Müxalifət deyərkən özündən əvvəlki hakimiyyəti nəzərdə tutan Paşinyan əlavə edib ki, onlar xalqı hökumətə qarşı qaldıra bilməyəcəklər.

Xatırladaq ki, noyabrın 10-dan etibarən İrəvanda 17 partiyanın təşkilatçılığı ilə Paşinyan hökumətinin istefası tələbilə mitinqlər keçirilir.

Cəlal

“AzPolitika.info”

Mənbə: azpolitika.info