Səudiyyə husilərin mövqelərinə intensiv zərbələr endirdi

Səudiyyə husilərin mövqelərinə intensiv zərbələr endirdi

 

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki "Ənsarullah"ın (husilər) hərbi mövqelərinə intensiv zərbələr endirib.

 

Bu barədə bu gün husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat verib.

 

Telekanalın verdiyi məlumata görə, ən sıx hücumlara Amran vilayətinin və paytaxt Sənanın qərb və şimal tərəfləri məruz qalıb.

 

Zərbələr nəticəsində zərər çəkənlər və yaralananlar barədə məlumat daxil olmayıb.

 

Telekanal koalisiyanın döyüş təyyarələrinin Səna səmasında uçuşlarına davam etdiyini bildirib.

Mənbə: eastnews.org