"Ulu öndərimizin də, şəhidlərimizin də ruhu şaddır" - DSX zabiti (VİDEO)

"Ulu öndərimizin də, şəhidlərimizin də ruhu şaddır" - DSX zabiti (VİDEO)

"Başda cənab Ali Baş Komandan olmaqla Müzəffər Azərbaycan ordusu və bütün Azərbaycan xalqını təbrik edirəm. Hər bir Azərbaycanlının bu qələbədə böyük rolu var".

Unikal.org xəbər verir ki, bu fikirləri DSX-nın zabiti, polkovnik-leytenantı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Real Tv-nin efirində səsələndirib:

"İllər keçdi Azərbaycan öz liderinin komandanlığı ilə öz gücünü sübut etdi. Sübut etdi ki, Azərbaycan güclü xalqdır, güclü millətdir. Azərbaycanın güclü, qüdrətli sərkərtdəsi var. O da İlham Əliyevdir"- deyə F.Umudov bildirib.

DSX-nın zabiti həmçinin beynəlxalq arenalarda, Dünya və Avropa çempionatlarında qaldırılan bayrağı işğaldan azad olunan torpaqlarda dayanan əsgərlərə təhvil verməsindən də danışıb:

"Əsgər qardaşlarımızı yaralansa da sonuna qədər mübarizə aparıblar, döyüş yerini tərk etməyiblər. Bir sərhədçi və əsgər kimi mən bunu özümdə borc bildim. Beynəlxalq arenalarda, Dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında dalğalanan bayraq dalğalansın.

İllərlə biz bunu arzu etmişik. İndi bu artıq reallaşıb.

Cənab prezident İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyeva işğaldan azad olunmuş torpaqlarımıza ayaq basdı. Cənab prezident üçrəngli bayrağımızı həmin torpaqlarda sancdı.

Ümummilli liderimiz Heydər Əliyev hər zaman bildirib ki, mənim axıra çatdıra bilmədiyi taleyüklü məsələləri özümqədər inandığım İlham Əliyev axıra çatdıracaq.
Bu gün Ulu öndərimizin də, şəhidlərimizin də ruhu şaddır. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün Azərbaycan ordusu, Azərbaycanın müzəffər Ali Baş Komandanı öz sözünü dedi və qələbə sevincini xalqımıza, bütün dünya Azərbaycanlılarına çatdırdı".

 

 

Mənbə: www.unikal.org