Kreml sözçüsü Putinin Sarov şəhərində nə üçün maskadan istifadə etmədiyini açıqladı

Kreml sözçüsü Putinin Sarov şəhərində nə üçün maskadan istifadə etmədiyini açıqladı

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Putinin Sarov şəhərində maskasız görünməsinə aydınlıq gətirib.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Putinin Sarova səfəri vaxtı epidemioloji vəziyyətlə əlaqədar bütün lazımi təhlükəsizlik tədbirləri alınıb:
“Unutmamaq lazımdır ki, onunla görüşən insanlar, onların epidemioloji təhlükəsizliyi də müvafiq olaraq təmin olunur”.
Qeyd edək ki, Putin dünən Sarov şəhərində səfərdə olarkən tədbir iştirakçıları ilə sosial məsafənin saxlanmadığı, prezidentin maskasız olması və digər şəxslərin əlini sıxması diqqət çəkmişdi. Rusiya prezidentinin epidemiloji qaydalara əməl etməməsi sosial şəbəkələrdə müzakirə edilmişdi.

Mənbə: www.yeniavaz.com