Millət vəkili əsgərin təhsil problemini nəzarətə götürən təhsil nazirinə təşəkkür etdi

Millət vəkili əsgərin təhsil problemini nəzarətə götürən təhsil nazirinə təşəkkür etdi

Xaricdə (Ukraynada) təhsil almasını təsdiq edən sənədin (diplomun) Təhsil Nazirliyi tərəfindən tanınması ilə bağlı sosial şəbəkələrdə xahiş müraciəti yayılmış əsgərimiz Rüstəm Hüseyn oğlu Rüstəmzadənin bu məsələsi haqqında ötən gün mənə də zənglər olub.

Bəzi jurnalistlərimizin və Vətəndaş cəmiyyəti institutları rəhbərlərinin müraciəti əsasında bu məsələdən xəbər tutan kimi Təhsil nazirimiz Emin Əmrullayevlə bu barədə ətraflı danışdıq. Nazir bildirdi ki bu məsələ barədə məlumatlıdır, mənəvi əsasları rəhbər tutaraq, əsgərimizin qaldırdığı məsələ hərtərəfli öyrənilib və mümkün olan köməklik göstəriləcəkdir. Bu həssas münasibəti üçün Təhsil nazirimizə bir daha təşəkkür edirəm.

Əlbəttə, Vətən uğrunda döyüşən hər bir əsgərimiz bizimçün əzizdir; onların qayğıları, problemləri bizim hər birimizi də qayğılandırmalıdır. Bununla belə, Təhsil Nazirliyinin sözügedən mövzu ilə bağlı açıqlmasının diqqətə alınması da ümumi işimizin xeyrinə olardı. Bir daha əsgərimizin müraciətinə böyük həssaslıqla yanaşaraq dəstək göstəriləcəyini açıqlayan Təhsil naziri Emin müəllimə təşəkkür edirəm.

Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

 

 

Mənbə: moderator.az