“Fransanın atdığı addımlar Beynəlxalq hüququn heç bir prinsiplərinə və normalarına uyğun gəlmir. Bu səbədən bizim bir ölkə olaraq tam hüququmuz var ki, Fransanın ATƏTİN-minsk qrupunun həmsədrliyindən çıxarılması ilə bağlı vəsatət qaldıraq və onun başqa bir ATƏT- in minsk qrupunun üzvi olan ölkələrin biri ilə əvəz edilməsi ilə bağlı təkliflərimizi verək”.
Bu fikirləri Xeberoxu.az-a açıqlamasında yaxın şərq üzrə politoloq Vüqar Zifəroğlu bildirib.
Politoloq qeyd edib ki, istəyərdim ki, ATƏT-in Minsk qrupundan Fransa çıxarılsın, onun əvəzinə Türkiyə qoşulsun: “Azərbaycan-Türkiyə qardaş ölkədir, eləcə də strateji mütəfffiqdir. Türkiyə regionda kifayət qədər idarəçilik təcrübəsinə malik olan və konfliktin həlli məsələsində təcrübəli olan ölkədir. Hətta Suriya məsələsində də biz bunu aydın şəkildə görə bilərik”.
Şahnun Qasımova
Mənbə: www.xeberoxu.az