Ermənilərin Xankəndində yaşamaq istəyi siyasi oyundurmu? - Millət Vəkili

Ermənilərin Xankəndində yaşamaq istəyi siyasi oyundurmu? - Millət Vəkili

“Cənab prezidentimizin vurğuladığı kimi, biz artıq 1992 - ci ildəki Azərbaycan deyilik. Biz artıq güclü, qüvvətli orduya malik olan bir ölkəyik. Eləcə də güclü iqtisadiyyatı və bütün imkanları ilə bərabər bölgədə və regionda söz sahibi olan bir dövlətin vətəndaşıyıq”.

Bu fikirləri Xeberoxu.az - a açıqlamasında millət vəkili Ramil Həsən bildirib.

“Azərbaycan güclü və bütün imkanlara sahib olan bir dövlət olduğu üçün , vətədaşlarının haqq və hüquqlarını qorumağa qadirdir. Eyni zamanada vətəndaşların qanun çərçivəsində qanunlara riyaət etməklə bağlı lazımı addımları atmaq üçün onlara istiqamət vermək gücünə sahibdir. Ona görə də istər ermənilər, istərsə də başqa millətin mənsubları da Xankəndində və ya Azərbaycanın istənilən ərazisində yaşamasından aslı olmayaraq, qanun qarşışında cavabdehdilər”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın uğurlu siyasəti nəticəsində hər kəs eyni qanunlara cəlb olunacaq: “Ermənilərin ikili vətandaşlıq almalarından söz belə gedə bilməz. Azərbaycan respublikasının konustutsiyası ikili vətəndaşlığı qəbul etmir”.

Leyla Əşrəfli

Mənbə: www.xeberoxu.az