Paşinyan: “42 milyon dollar xərcləyib yararsız silahlar almışıq”

Paşinyan: “42 milyon dollar xərcləyib yararsız silahlar almışıq”

Ermənistanın baş naziri Nikol Paşinyan generalları hədəf alan yeni açıqlamar verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb. Paşinyan televiziyalardan birində verdiyi müsahibə zamanı ordu barədə etiraflar edən general Movses Hakopyanı tənqid edib. O bildirib ki, Hakopyan haqqında cinayət işi başladılıb:
“Ona, 42 milyon dollar xərcləyib yararsız silahlar almaqla bağlı cinayət işi açıldığını xatırlatmaq istəyirəm. Baş verən hadisələrlə bağlı hesabat vermək əvəzinə həyat yoldaşımı hədəf alır. Həyat yoldaşım sığınacaqlarda qalan vətəndaşlara su-çörək çatdırırdı. Bu səhv addım idi?!
Qeyd edək ki, Movses Hakopyan verdiyi açıqlamada ordunun gizli müşahidə mərkəzində Paşinyanın arvadını görərək oradan çıxmasını istəyir. Bu hadisədən 4 saat sonra general İrəvana çağrılır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, öz vəzifəsinə qaytarılmır.

Mənbə: www.yeniavaz.com