"Qarabağda ermənilərin başına gələnlər bizim də başımıza gələ bilər" - Yunan kəşfiyyatının keçmiş casusu Kalenderidis Türk PUA-ları haqda

"Qarabağda ermənilərin başına gələnlər bizim də başımıza gələ bilər" - Yunan kəşfiyyatının keçmiş casusu Kalenderidis Türk PUA-ları haqda

"Türk PUA-ları hər şeyi hədəfləyir. Qarabağda ermənilərin başına gələnlər bizim də başımıza gələ bilər. Belə gedərsə ermənilər kimi biz yunanlar da PUA-ların hədəfi olacağıq."

Avropa.info xəbər verir ki, bunu ölkəsində qatıldığı bir televiziya proqramında Yunanıstan xüsusi xidmət orqanlarının keçmiş casusu Savvas Kalenderidis deyib. Türkiyənin bölgədə əsas güc olduğunu deyən Kalenderidis, yaxın zamanlarda Yunanıstanın türkləşməyə başlayacağını bildirib.
"Türkiyə sərhəd qapılarını açdı və minlərlə müsəlman qaçqın hazırda Yunanıstandadır. Müsəlmanlar Yunanıstanın içərisinə kimi girdi, həm də qalıcı olaraq. Hər şey 10-15 il içində bizim üçün kabusa çevriləcək. Türkiyə hazırda adalar üzərində uçuşlar edir. Yunan hökuməti nədən bir tədbir görə bilmir? Daha nəyi gözləyirlər? Türkiyənin "Mavi Vətən" adlandırdığı bölgə türkləşməyə doğru gedir", deyə yunan casus qeyd edib.


Kalenderidisin bu sözlərinə dəstək verən yunan televiziya aparıcısı ölkəsinin Türkiyəyə qarşı Qərbdən dəstək gözləməsinin anlamsız olduğunu deyib.
"Bizim hər zaman gəlib bizi qoruyacaq deyə Avropa və ABŞ-da gözləntilərimiz var. Artıq hamımız bilirik ki, bu gözləntilər əbəsdir. Bəlkə Türkiyə ilə Fransa arasındakı qarşıdurmadan faydalana bilərik."

Qeyd edək ki, Yunanıstan kəşfiyyatının keçmiş casusu Savvas Kalenderidis Türkiyədən tanınan ismdir. Kalenderidis casusluq fəaliyyəti dövründə Türkiyəyə qarşı olan terror təşkilatları ilə Yunanıstan kəşfiyyatının əlaqələndirmə işini həyata keçirib. Savvas Kalenderidis, terrorçubaşı Abdullah Öcalanın təlimat aldığı əsas ismlərdən biri olub. Hətta, Ocalanın Türkiyəyə təhvil verilməsindən öncə, onun Keniyadakı Yunanıstan səfirliyində gizlənməsini təşkil edib. Ocalan yaxalandığı zaman da Kalenderidis onun yanında olmuşdu. Sonralar terrorçubaşının Türrkiyə kəşfiyyatı tərəfindən ələ keçirilməsindən danışan yunan casus, "o gün həyatımın ən ağır günü idi" demişdi.

 

Mənbə: avropa.info