Ermənilər Qarabağda hətta məktəb və uşaq bağçalarını niyə minalayıblar? - Aşkar hərbi cinayətə bəraət yoxdur...

Ermənilər Qarabağda hətta məktəb və uşaq bağçalarını niyə minalayıblar? - Aşkar hərbi cinayətə bəraət yoxdur...

Akif Nağı: “Uşaq bağçalarını, məktəbləri, uşaqları hədəfə alan, bu yerlərə mina basdıran cinayətkarların heç cür bəraəti yoxdur”

Azərbaycan ərazilərini tərk edən Ermənistanın terrorçu silahlı birləşmələrinin ərazilərimizi çox sıx şəkildə minaladıqları məlumdur. Görün, bunlar nə qədər qansız, nə qədər qəddar, vəhşi toplumdur ki, uşaq bağçalarını, məktəbləri, xəstəxanaları və digər mülki obyektləri də minalamaqdan çəkinməyiblər.

 

“Rusiya-24” telekanalının məlumata görə, ermənilər Xankəndidə uşaq bağçalarını, məktəbləri minalayıblar. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin nümayəndələri tərəfindən Xankəndidəki bütün orta məktəblərin minalardan təmizləndiyi bildirilir.

Qeyd edək ki, bu məlumatı “Rusiya-24” telekanalında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb. Rus generalının sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı erməni qoşunları Xankəndidəki və digər yaşayış məntəqələrindəki bütün təhsil və uşaq müəssisələrini minalayıblar.

“...sonra “bunu Azərbaycan etdi” iddiasını irəli sürə bilərlər”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər tərəfindən hər cür bəraəti olmayan cinayətlər həyata keçirilib, hələ onların məlum olmayan çox cinayəti üzə çıxacaq: “Məğlub tərəfdirlər, bimirlər ki, bu məğlubiyyətin əvəzini necə çıxsınlar. Eyni zamanda, bunlar millət deyil, eybəcər bir həşəratdılar, qəbilə təfəkkürü səviyyəsindədir onların təfəkkürü. Ona görə də Azərbaycana qarşı onlar hər cür iyrənc əməllərdən istifadə edirlər ki, bizə zərər vursunlar. Uşaq bağçalarını, məktəbləri, uşaqları hədəfə alan, bu yerlərə mina basdıran cinayətkarların heç cür bəraəti yoxdur. Erməni faşistləri erməni uşaqlarının olduğu uşaq bağçalarında da partlayış törədib sonra “bunu Azərbaycan etdi” iddiasını irəli sürə bilərlər. Yəni onların əlindən yalnız cinayətkarlıq, eybəcərlik gəlir. Onlar bizə qarşı başqa cinayətlərlər də, təxribatlar da törədə bilərlər, bu da gözləniləndir. Bu səbəbdən də Azərbaycan hərbçiləri həddən artıq diqqətli olmalıdırlar, hər yeri dəqiq yoxlamalıdırlar. Yalnız Xankəndidə deyil, başqa işğaldan azad edilən torpaqlarımızda da hər daşın altında bir erməni təxribatı gizlənib, onlar hər yerə mina basdırıblar. Bunlar hamısı Azərbaycan tərəfin ayıq-sayıq olmalı olduğunu təlqin edir. Eyni zamanda da ermənilərin bütün bu çirkin, eybəcər əməlləri, cinayətləri ilə bağlı məlumatlar dünya mətbuatına çatdırılmalıdır ki, bu məsələlər beynəlxalq ictimai rəydə özünə yer alsın. Ermənilər hər yerdə ifşa olunmalı, dünya ermənilərin simasını olduğu kimi tanımalı, görməli və anlamalıdır ki, bu cür tayfanı, bu cür vəhşi qəbiləni müdafiə etmək olmaz. Fransanın başına ermənilər kəndir salıb oynadır, Senata üzdəniraq qərar qəbul etdirir, orda-burda tədbir keçirirlər”.

QAT sədrinin sözlərinə görə, beynəlxalq ictimaiyyət bilməlidir ki, erməni faktoru bütün dünya üçün fəlakətdir. “Ermənilərin bu cinayətləri ardıcıl olaraq operativ şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Biz heç vaxt yalanı təbliğ etməmişik, həqiqəti yayırıq və o həqiqəti də dünyaya çatdırmağı bacarmalıyıq” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com