Ermənilərin dağıtdığı tifaq - FOTO

Ermənilərin dağıtdığı tifaq - FOTO

Axundovlar ailəsi 1993-cü ildə Füzulinin işğalı zamanı evlərini tərk etmək məcburiyyətində qalıblar. 27 il sonra Azərbaycan ordusunun əks-həmlə əməliyyatının Füzuli işğaldan azad edildi. İşğaldan sonra məlum oldu ki, Füzulidə daş daş üstündə qalmayıb, ermənilər hər yeri dağıdıblar, söküblər, yandırıblar…

Oxşar vəhşiliklər işğal altındakı digər rayonlarda da törədilib. Cəbrayıl, Zəngilan, Qubadlı… Noyabrın 20-də təhvil verilən Ağdam və bundan 5 gün sonra işğaldan azad edilən Kəlbəcərdə də dağıntılar törədilib, Kəlbəcərdə ermənilər onlara məxsus olmayan evləri, mülki infrastrukturu yandırdılar və bunu sübut edən kifayət qədər görüntü var. İndi eyni aqibəti dekabrın 1-də Azərbaycana təhvl verilməli olan Laçın yaşayır. Ermənilər orda heç vaxt onlara məxsus olmayan evlərə od vururlar.

Prezident İlham Əliyev noyabrın 11-də Ermənistandan törətdikdiyi vəhşiliklərə, hərbi cinayətlərə görə təxminat təhvil verilməsi ehtimalına toxunmuş və qiymətləndirmədə beynəlxalq ekspertlərin də iştirak edəcəyini bildirmişdi.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, vətəndaşlarımız fərdi şəkildə və ya qruplar halında Ermənistandan beynəlxalq məhkəməyə şikayət edə bilərlər. Əsas məsələ şikayətin düzgün tərtib olunmasıdır.

Vəkillər isə vətəndaşlarımıza təmənnasız yardıma hazırdırlar. Amma vətəndaşlar özləri də fərdi şəkildə müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş rayon və şəhərlərə səfərləri təşkil olunur. Onlar həmin ərazilərdə törədilmiş vəhşilikləri öz gözləri ilə görmək imkanı qazanırlar.

 

 

Mənbə: www.realtv.az