Fransanın zavallı ziyalıları - VİDEO

Fransanın zavallı ziyalıları - VİDEO

Fransa Senatı tərəfindən hökuməti qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağıran tövsiyyə xarakterli qətnamənin qəbul edilməsi Azərbaycan hökuməti tərəfində qəti şəkildə qınanılıb.

Bu bəyanat həm də cəmiyyətdə birmənalı qarşılanmadı. Bununla bağlı Azərbaycanlı ziyalılar və mədəniyyət işçiləri də öz fikirlərini bildiriblər. Onlar bunu yersiz və Azərbaycan əleyhinə olan bir bəyanat adlandırdılar.

Əməkdar artist Mələk Abbaszadə bildirir bu sənədin qəbulunda erməni lobbisinin təsiri danılmazdır.

Fransanın 120 tanınmış ziyalısı və sənətçisi birgə müraciət imzalayaraq fransalılarla yanaşı, dünya birliyini Ermənistanla Dağlıq Qarabağın müdafiəsinə qalxmağa çağırıb. Bununla da özlərinin bəd əməllərinin ətrafında bəlli atmosfer yaratmağa çalışırlar.

Mələk Abbaszadə bildirir ki, bu onların ermənipərəst mövqeyinin dünyaya eşitdirmək məqsədi daşıyır.

Qeyd edək ki, noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib, layihə cəmi bir neçə gün sonra- noyabrın 25-də tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunub.

 

Mənbə: www.realtv.az