İstanbuldan siyasi elmlər üzrə ekspert Sevgen Çağdaş Azərbaycan Prezidentinə müraciət etdi...

İstanbuldan siyasi elmlər üzrə ekspert Sevgen Çağdaş Azərbaycan Prezidentinə müraciət etdi...

“Bizə yaşatdığınız qürur və sevinc hisslərinə görə Sizə təşəkkür edirəm. Mən də biliyim və təcrübəmlə əlimdən gələn hər cür dəstəyə hazıram.

İllərdir dünya miqyasında bir çox beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışmış biri olaraq, ehtiyac olan hər sahədə əlimdən gələni etməyə hazıram. Bizə yaşatdığınız sevinc hissinə görə Sizə təşəkkürümü bildirirəm. Şərəfli Zəfəriniz münasibətilə Sizi təbrik edirəm”.

Bu fikirlər Türkiyə Respublikasının İstanbul şəhərindən Siyasi elmlər və beynəlxalq münasibətlər üzrə mütəxəssis Sevgen Çağdaş tərəfindən Prezident İlham Əliyevə göndərilən müraciətdə öz əksini tapıb.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com