Şamaxıdan “Kanal33.az” kollektivi Prezident İlham Əliyevə müraciət etdi...

Şamaxıdan “Kanal33.az” kollektivi Prezident İlham Əliyevə müraciət etdi...

Şamaxı rayonundan “Kanal33.az” xəbər portalının əməkdaşları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Sizi böyük Qələbə münasibətilə “Kanal33.az” xəbər portalının əməkdaşları adından təbrik edirik. Ölkəmizin davamlı inkişafı naminə göstərdiyiniz bütün fəaliyyətinizi alqışlayırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan regionda sürətlə inkişaf edib, həmçinin dünyada söz və nüfuz sahibinə çevrilib. Apardığınız məqsədyönlü siyasət, yüksək diplomatiya dünya azərbaycanlılarını Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan Ordusunun yanında dəmir yumruq kimi birləşdirib.

Yüksək sərkərdəlik bacarığınız sayəsində müzəffər Azərbaycan Ordusu qısa müddətdə çox böyük uğurlu əməliyyatlar aparmaqla Qarabağımızı azad edib və həmin ərazilərdə üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Siz informasiya müharibəsində də yüksək bilik və diplomatik bacarığınızla ermənipərəst jurnalistləri yerində oturdub onlara tarixi faktlarla, sübutlarla dərs keçdiniz.

Bir daha Sizi Qələbə münasibətilə təbrik edir, uzun ömür, möhkəm can sağlığı, Azərbaycanın gələcəyi naminə bütün fəaliyyətinizdə uğurlar arzulayırıq.

Qarabağ Azərbaycandır!” - deyə kanal əməkdaşları qeyd ediblər.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com