“Gənclər” şəhərciyindən bir qrup məcburi köçkünün Prezidentə müraciəti – “…bütün dünyaya sübut etdiniz”…

“Gənclər” şəhərciyindən bir qrup məcburi köçkünün Prezidentə müraciəti  – “…bütün dünyaya sübut etdiniz”…

Abşeron rayonunun Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi və Qarant yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlər adından Zəngilan rayonundan məcburi köçkün Quliyev Tuqay İmaməli oğlu, Laçın rayonundan məcburi köçkün Əhmədov Məzahir Saybalı oğlu, Qubadlı rayonundan məcburi köçkün Əbdüləzimova Minarə İsbəndiyar qızı, Füzuli rayonundan məcburi köçkün İmanov Adil Məhərrəm oğlu, Ağdam rayonundan məcburi köçkün Əliyeva Vəfa Ramiz qızı Prezident İlham Əliyevə müraciət ediblər:

“Bu unudulmaz günlərdə biz hamımız Sizin rəhbərliyinizlə qazanılmış tarixi Qələbənin silinməz təsiri altındayıq. Tarix baxımından qısa bir vaxt ərzində Siz ölkəmizin simasını dəyişmiş, səmərəli iqtisadiyyat qurmuş və onun da əsasında müasir Silahlı Qüvvələrimizi yaratmısınız. 44 gün ərzində torpaqlarımızı düşməndən azad etməklə Siz yalnız böyük dövlət xadimi və diplomat deyil, həm də istedadlı sərkərdəlik keyfiyyətlərinizi nümayiş etdirdiniz. Hər gün kəskin və parlaq çıxışlarınızı, səsləndirdiyiniz cəbhə xəbərlərini doğma yurdumuza qayıtmaq arzusu ilə səbirsizliklə gözləyirdik. Şəhər, qəsəbə və kəndlərimizin ard-arda işğaldan qurtarılması və noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə düşməni diz çökdürdünüz.

Bu gün ölkəmizin və xalqımızın tarixində yeni dövr başlayır. Artıq biz məcburi köçkün deyilik, tezliklə öz evimizə dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Qazandığınız Qələbə ilə xalqımızın başını ucaltdınız, onu qürurlu etdiniz, böyük və məğlubedilməz xalq olduğunu bütün dünyaya sübut etdiniz.

Son yüzilliklərdə xalqımız ilk dəfədir ki, öz torpaqlarını geri qaytarır. Bu Qələbə münasibətilə Sizi Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi və Qarant yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlər adından təbrik edirik və Sizə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini istəyirik. Bu Şanlı Qələbə bilavasitə Sızın adınız və hünərinizlə bağlıdır. Qarabağ və Azərbaycan üçün çox sağ olun!”

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com