Tramp öldürülən iranlı alimdən yazdı: MOSSAD illərdir...

Tramp öldürülən iranlı alimdən yazdı: MOSSAD illərdir...

ABŞ Prezidenti Donald Tramp iranlı nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

KONKRET.az xəbər verir ki, Ağ Ev rəhbəri paylaşımında israilli jurnalist Yossi Melmana istinad edib.

“İrandan gələn xəbərlərə görə, Möhsün Fəxrizadə Tehranın şərqində Damavənddə sui-qəsd nəticəsində öldürülüb. İranının gizli nüvə proqramının rəhbərlərindən biri idi və MOSSAD tərəfindən illərdir ki, axtarılırdı. Onun ölümü psixoloji və kadr baxımından İran üçün böyük zərbədir”, – deyə Ağ Ev rəhbəri bildirib. (axar.az)

Mənbə: konkret.az