Ukrayna generalları da Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir XARİCİ İŞLƏR NAZİRİ KULEBA AÇIQLADI

Dağlıq Qarabağdakı müharibə döyüş əməliyyatlarının aparılmasının müasir formalarını nümayiş etdirdi. Ukrayna generalları nümunə kimi Dağlıq Qarabağdakı hadisələrin təcrübəsini öyrənir.

Virtualaz.org xəbər verir ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ ordusunun komandanlığı Qarabağda gedən döyüş əməliyyatlarının və Azərbaycan ordusunun pilotsuz döyüş vasitələrindən geniş istifadə etməsinin təcrübəsini öyrənməyə başlamışdı.

Nazir deyib ki, Kiyev Azərbaycanı ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək. “Ukraynanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Bizim baxışlarımız bu məsələdə Ankaranın mövqeyi ilə olduqca dəqiq şəkildə üst-üstə düşür”,-Kuleba bildirib.

Ukrayna XİN rəhbəri əlavə edib ki, Qarabağda baş verən hadisələr istənilən “dondurulmuş” münaqişənin əslində belə olmadığını sübut edir. “Konfikt partlayış təhlükəlidir və istənilən məqamda eskalasiyaya gətirib çıxara bilər. Bu, planetin istənilən regionundakı böhranlara aiddir. Dağlıq Qarabağda baş vermiş son hadisələrdən çıxarılmalı olan başlıca dərs budur”,-Dmitri Kuleba deyib.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Xaçmazda karantin rejiminə nəzarət gücləndirilib - VİDEO

SONRAKI XƏBƏR

Tokio paytaxt hökuməti koronovirusla mübarizədə diplomatlardan istifadə etmək istəyir