Şəhid generalın uyuduğu xiyaban işıqlandırıldı - VİDEO

Şəhid generalın uyuduğu xiyaban işıqlandırıldı - VİDEO

Göyçay Şəhidlər Xiyabanında quruculuq-abadlıq işləri aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyətindən axar.az-ın yerli bürosuna məlumat verilib.

İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Rəşad Şükürov bildirib ki, şəhərin Əli Kərim adına parkında yerləşən xiyabanda Birinci və İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladları uyuyur. Son günlər ərzində onların əziz xatirəsi üçün xiyabanda yüksək səviyyədə yeni təmir işləri yerinə yetirilərək, orada işıqlandırma sistemi yaradılıb və yeni işıq dirəkləri salınıb.

Şəhidlər Xiyabanı ərazisində fəxri vətəndaşlar üçün də yeni guşə yaradılıb. Həmin guşədə Birinci Qarabağ müharibəsi zamanı şəhid olan ədliyyə general-mayoru Oqtay Maqsudov və Vətən müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan tam olaraq azad olunmasında canlarından keçən polkovnik-leytenant Vidadi Xəlilovun və Babək Səmidlinin də məzarları var.

 

Mənbə: konkret.az