"NEWS.ru": Rəsmi Paris Qarabağın müstəqilliyini niyə tanımaq istəmir? - ŞƏRH

"NEWS.ru": Rəsmi Paris Qarabağın müstəqilliyini niyə tanımaq istəmir? - ŞƏRH

Dağlıq Qarabağdakı münaqişədən sonra Fransa ilə Ermənistan arasında münasibətlər xeyli isindi. Bu münasibətlərin inkişafı son nəticədə Fransa Senatı tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyan bir qərar qəbul etməsi ilə yekunlaşdı. Lakin bu qərar yalnız tövsiyə xarakteri daşıyır. Və daha yaxından araşdırıldıqdan sonra qərarın rəsmi İrəvanın mövqelərinə tamamilə zərbə vurduğu ortaya çıxır. Yəni qərar İrəvana boş ümiddən başqa bir şey vermir. İndi hökumət və Fransa prezidenti Senatın qərarından necə istifadə edəcəyinə qərar verməli olacaq. Amma bütün hallarda bu “DQR”-in dövlət səviyyəsində tanınacağı anlamına gəlmir.

Senatorların təşəbbüsünü anlamaq asandır: Avropadakı ən böyük erməni diasporu Fransada yaşayır. Bununla belə Fransada ermənilərin ABŞ-da olduğu kimi güclü qanunvericilik lobbisi yoxdur. Buna baxmayaraq, Senat və Milli Assambleyanın üzvləri seçicilərini müxtəlif məsələlərdə dəstəkləməkdə maraqlıdırlar. Bu səbəbdən “DQR”-in tanınmasına dair qərar gələcək parlament seçkiləri üçün yaxşı bir köməkdir. Bundan əlavə, senatorlar qətnamələrini humanitar əsaslarla müdafiə etdilər. Senatorların fikrinə görə, “Qarabağ respublikası”nın tanınması bölgədəki gərginliyin azaldılmasına və orada yaşayan əhaliyə yardımın göstərilməsinə kömək edəcək.

Fransa hökümətinə gəlincə, artıq senatorların təşəbbüsü rədd edildi. Fransanın Xarici İşlər Nazirliyinin Dövlət Katibi Juan-Baptiste Lemoinenin dediyi kimi, “DQR”-in tanınması nə Paris, nə İrəvan, nə də ATƏT-in Minsk Qrupunun Qarabağ nizamlanması üzrə digər üzvləri (Rusiya və ABŞ) üçün yaxşı perspektiv vəd etmir. Bu, hökumətin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaşlarımızın siyasəti deyil…

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq hüquq baxımından bir sıra suallar doğuran qətnaməni “kağız parçası” adlandırdı.

Ermənistan Baş Naziri Nikol Paşinyansa Fransa Senatının qərarını tarixi olduğunu elan edərək “DQR”-in tanınmasının dünya gündəminin mövzusuna çevrildiyini qeyd etdi.

Ancaq bu açıqlama şişirtmə kimi səslənir. Çünki Fransa hakimiyyəti Qarabağı beynəlxalq təşkilatlarla birgə Azərbaycan ərazisi olduğunu dəstəkləyir. Üstəlik, vəziyyətin kəskinləşməsinə baxmayaraq, İrəvan Qarabağın müstəqilliyini tanımağa tələsmir. Əslində senatorlar qəbul etdikləri qərarla Paşinyana çox pis vəziyyətdə qoydular.

Rusiya Elmlər Akademiyası Avropa İnstitutu Fransız Tədqiqatları Mərkəzinin rəhbəri Yuri Rubinskinin “NEWS.ru” ilə bir söhbətində qeyd etdiyi kimi, “Senatın qəbul etdiyi sənədin forması və statusu heç bir qanuni qüvvə vermir. Bu sadəcə bir istəkdir, başqa bir şey deyil. Ancaq səslərin çoxluğu ilə qəbul edilməsi həm Fransa dövlət rəhbərliyinin, həm də cəmiyyətin Dağlıq Qarabağdakı münaqişəyə ikitərəfli münasibətini əks etdirir. Nəzərə alınmalıdır ki, Fransa Aİ ölkələri arasında ən böyük erməni diasporuna sahibdir. 20 il əvvəl 1915-ci il erməni soyqırımını tanıyan ilk ölkə Fransa oldu. Bu, yalnız erməni diasporunun təsirini deyil, həm də Qarabağ münaqişəsindəki ermənilərin düşmənlərinə münasibəti əks etdirir. Yəni bu qərar Azərbaycana deyil, ilk növbədə Türkiyəyə qarşı bir etirazdır. Bildiyimiz kimi Paris və Ankara indi bir sıra məsələlərdə əks cəbhədə dayanır”.

Mütəxəssisin qeyd etdiyi kimi, senatorların diqqəti Fransa əhalisinin 10% -dən çoxunu təşkil edən, Avropanın ən böyük müsəlman diasporasına malik Türkiyəyə yönəlib. Beləliklə, qətnamə Qarabağ ermənilərinin müdafiəsi məqsədi ilə deyil, birbaşa Fransanın daxili problemlərindən doğan bir sənəd olduğu apaydın ortadadır.

Rubinski vurğulayır ki, Senatın mövqeyi Fransanın inkişaf tarixinin xüsusiyyətlərini özündə əks etdirir. Çünki Fransa tarix boyu müstəmləkə müharibələrindən sonra millətlərin öz müqəddəratını təyinetmə prinsipinə qarşı çıxıb.

Ona görə də nə Fransa prezidenti, nə baş nazir, hətta Xarici işlər Nazirliyi heç bir halda “DQR”-in tanınmasına razı olmayacaq. Bu, Fransanı BMT də daxil olmaqla beynəlxalq platformalarda ciddi nüfuz itkilərinə gətirib çıxara bilər

Heç Parislə Ankara arasındakı tüstülü qarşıdurma da bu işdə həlledici amil ola bilməz. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çox ritorikalarına baxmayaraq, ölkəsinin Avropanın bir hissəsi olduğunu dəfələrlə bəyan edib.

“NEWS.ru”, 27 noyabr 2020

KONKRET.az.

Mənbə: konkret.az