Laçının bu kəndləri tam boşaldıldı: İki gün qaldı

Laçının bu kəndləri tam boşaldıldı: İki gün qaldı

Laçının 50-yə yaxın yaşayış məskəninin əhalisi oranı artıq tam tərk edib.

KONKRET.az xəbər verir ki, bunu “Laçın icmasının” rəhbəri Narek Aleksanyan deyib.

“Bu günə qədər 47 yaşayış məntəqəsinin əhalisi köçürülüb”, – nümayəndə bildirib.

Onun sözlərinə görə, ərazinin Azərbaycana təhvil verilməsi dekabrın 1-nə təyin olunub və hazırda sakinlərin köçürülməsi prosesi davam edir.

N.Aleksanyan köç məsələsinin o qədər də çətin olmayacağını da vurğulayıb. Bildirib ki, hələ müharibə davam edərkən ərazidəki sakinlərin, o cümlədən şəhər əhalisinin böyük əksəriyyəti öz əşyalarını da yığışdıraraq, çıxıb gediblər.

Aleksanyan Laçın şəhərində, eyni zamanda Gorusla sərhəddə yerləşən Zabux və Sus (Sus da Zabux kənd ərazi vahidinə aiddir) kəndlərində sakinlərin qala biləcəkləri haqda məlumat aldığını bildirib:

“Bizə Xankəndidən bildirildi ki, Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində yaşayanlar hələlik qala da bilərlər. İndi sakinlərdən asılıdır – onlar buna könüllü qərar verəcəklər. Ancaq dəqiqliyini bilmirik. Heç kəs bilmir ki, bir saatdan sonra hansı qərar olacaq”.

Qeyd edək ki, ərazisi 1.835 kv/km olan Laçın rayonu 18 may 1992-ci ildə işğal edilib. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd var.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: konkret.az