Ermənilə yenə də qeyri-insani əməllərini və vəhşiliklərini davam etdirilər

Ermənilə yenə də qeyri-insani əməllərini və vəhşiliklərini davam etdirilər

Bilirəm ki, bu xəbər də sizin kefinizə soğan doğrayacaq və bəziləriniz məni bədbinlikdə suçlayacaqsınız. Doğrunu-dürüstü müəyyənləşdirmək üçün düşmən mətbuatını da izləməliyik, onların yazdıqlarına diqqət etməli və dəqiqləşdirməyə çalışmalıyıq. Çünki, ortalıda ərazi və torpaq məsələsi vardır. Xüsusilə də bu arada ərazilərin boşaldılması dövründə daha çox diqqətli olmalıyıq.
Teref.az xəbər verir ki, bunu politoloq Qubad İbadoğlu deyir.
Daha sonra Qubad İbadoğlu deyir ki, dəqiqləşdirməsi tələb olunan informasiyalardan biri də Laçın (Berdzor) icmasının rəhbəri Narek Aleksanyanın verdiyi məlumatdır. O mətbuata deyib ki, Berdzor (Laçın), Ahavno və Susun sakinləri yaşadıqları yerdən çıxmaya və evlərində qala bilərlər. Bu xəbərə hətta inanmasaq da onu diqqətə almalıyıq, dekabrın 1-dək gözləməli deyilik ki, görək onlar çıxacaq, yoxsa qalacaq. Təcili qarşı tərəfdən izahat tələb etməliyik.
Odur ki, aidiyyatı orqanlara bir daha müraciət edirəm ki, ictimaiyyəti narahatlığı aradan qaldırmağın düzgün yolu boşaldılmış ərazilər (Ağdam, Kəlbəcər və dekabrın 1-də də Laçın) üzrə Azərbaycanın nəzarətinə keçən yaşayış məntəqələrinin adlarını dərc edin. Eyni zamanda Zod (Söyüdlü) qızıl mədəni və Laçınla bağlı erməni tərəfinin açıqlamalarına da rəsmi münasibət bildirin. Bəsdirin, susdunuz, indi susmaq zamanı deyil, xalqı məlumatlandırın ki, əhali arasında da narahatlıqlar və şübhələr yaranmasın.
P.S. Ermənilə yenə də qeyri-insani əməllərini və vəhşiliklərini davam etdirilər. Laçının kəndlərini və meşələrini yandırılar, eko-sistemi pozurlar.

Mənbə: teref.az