Vandalizm və ermənizm...

Vandalizm və  ermənizm...

V əsr. Eramızın 455-ci ili. İyun ayı.

Qədim german tayfalarından biri olan vandallar tayfası həmin bu ilin isti iyun günlərində öz kralları Geyzerixin başçılığı ilə o zamankı dünyanın hər bir cəhətdən, xüsusilə də mədəniyyət, elm və iqtisadiyyat cəhətdən ən inkişaf etmiş imperiyasının paytaxtı - Romaya hücum edib, onu talan və viran etdilər. Bu dağıntının və soyğunçuluğun miqyası o qədər böyük, gözlənilməz və ağrılı idi ki, illər və əsrlər sonra, xüsusilə də maarifçi XIX əsrdən başlayaraq, bilərəkdən və məqsədyönlü şəkildə mədəni və maddi irsə və dəyərlərə qarşı vəhşilik həmin tayfanın "şərəfinə" “vandalizm” adı aidı.

Haşiyə:

Tarixçilərin yazdığına görə vandallar (latınca Vandili, Wandali, Uuandali; yunanca Βάνδαλοι) tayfası eramızın I - VIII əsrlərində mövcud olmuş, daha sonralar isə başqa tayfalarla assimilyasiyaya uğrayaraq, itmişdilər.

Müasir zaman. 2020-ci il. Noyabr ayı.

Hüseynçi, şücaətli və rəşadətli Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində 44 günlük II Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış Ermənistan, faktiki kapitulyasiya şərtləri imzalayaraq, qoşunlarının miskin qalıqlarını torpaqlarımızdan çıxarmağa məcbur olur. Erməni qoşunlarının olduqları mövqeləri tərk etmələri ilə eyni zamanda, vaxtilə qonşularının torpaqlarını, evlərini və əmlakını qəsb edərək onlara "sahib" çıxmış erməni əhalisi də elədikləri haqsızlıqların qisasının alınacağı qorxusu ilə, təcili şəkildə Ermənistana və ya ermənilərin daha kompakt yaşadıqları yerlərə köç etməyə başladı.

Ordunun məğlubiyyəti və ya qalibiyyəti ilə bağlı məsələ aydındır. Burada geniş izaha elə də ehtiyac yoxdur: əlisilahlı əsgərlər döyüşüblər – bir tərəf uduzub, digər tərəf qalib gəlib...

Amma mülki əhali üçün isə Birinci Qarabağ müharibəsinin nəticələri ilə İkinci Qarabağ müharibəsinin nəticələri arasında böyük fərq var idi. Bu nəticələrdə olan əsas və başlıca fərq bu idi ki, birinci halda mülki əhalı özləri ilə hətta ən zəruri həyati əhəmiyyətli bir şey götürə bilmədən avtomat güllələri və top mərmilərinin nişangahı altında yalnız quru canlarını götürüb qaçmağa, özü də ki, əksər hallarda payi-piyada qaçmağa məcbur olmuşdu. Hətta onlardan bir çoxu heç həmin o canlarını da xilas edə bilməmişdi. Eyni zamanda onlara heç alternativ seçim də imkanı verilməmişdi...

Amma ikinci halda isə mülki əhaliyə ilk növbədə seçim imkanı verildi – öz yerlərində qalıb adi Azərbaycan vətəndaşı kimi yaşamaq, və yaxud da bütün (!) əmlakını götürərək, istədiyi yerə köçmək... Bəli, qaçmaq yox, məhz – köçmək... Görünəni də budur ki, erməni mülki əhalisi hələlik köçmək variantını seçməyə üstünlük vermişdir.

Hazırkı məqalənin meydana gəlməsinin səbəbi olan nəticə isə daha çox əxlaq və mənəviyyat müstəvisinə aiddir, fikrimizcə...

Hər hansı fiziki və mənəvi bir basqı və təcavüzə məruz qalmayaraq, bütün daşına bilən və bilməyən əmlakını müxtəlif maşınlara (hətta bəzən Azərbaycan əsgərlərinin köməyi ilə) yükləyərək köçən erməni mülki əhalisi isə, bu imkanlara görə təşəkkür etməkdənsə, özünü tamamilə başqa cür apardı...

Ermənilər köç edərkən indi özləri ilə apara bilmədikləri və bir vaxtlar qəsb edib yağmaladıqları yerlərə: evlərə, anbarlara, əkin-biçin yerlərinə, meşələrə və sairəyə od vurub yandırdılar...

Yandıra bilmədiklərinin əksəriyyətini sındırdılar, dağıtdılar... Sındırıb-dağıda bilmədiklərini isə (qədim alban dini ocaqlarını, müsəlman məscidlərini, pirlərini və s.) kənar memarlıq müdaxilələri edərək, tanınmaz hala saldılar...

Qəbristanlıqları viran qoydular – qəbirləri qazıb, ölülərin qızıl dişlərini çıxartdılar, sümüklərini isə ətrafa səpələdilər... Tarixi-mədəniyyət nümunələrini, muzeylərdə olan tarixi eksponatları oğurlayıb apardılar, xarici ölkələrə satdılar, yerdə qalanlarını da öz adlarına çıxarmağa cəhd etdilər...

Su anbarlarının avadanlıqlarını sıradan çıxardılar... Ev heyvanlarını öldürdülər, onların cəsədlərini isə doğrayıb, çürüyüb xəstəlik yayılması üçün müxtəlif yerlərə tökdülər... Bəzi salamat qalmış anbarlarda isə əsgərlərimizin istifadə etmələri üçün zəhərlənmiş kompotlar və turşular hazırladılar... Hətta telekanallarda göstərilən bir videokadrda evi yandıran bir erməni, “imkanı olsaydı, Azərbaycanın havasına da od vurub yandırmağı” arzuladı...

Bütün bu bilərəkdən və məqsədyönümlü şəkildə edilən vəhşiliklərə nə ad vermək olar? - Vandalizm...

Hətta demək olar ki, bu, vandalizmdən də pis bir haldır... Çünki vandallar bir qayda olaraq sındırıb-dağıdıb, məhv etməkdən daha çox, yalnız soyğunçuluq və talana üstünlük verirdilər... Özlərinin dırnaqarası "qədimliyini", "mədəniyyətini", "maarifini" imkanları çatdığı hər yerdə, hər küncdə-bucaqda car çəkən ermənilər isə (hər halda onların bəzi istisnalarla, əhəmiyyətli dərəcədə çox hissəsi) insan övladının ağlına gəlib edə biləcəyi bütün vəhşilik nümunələrini ortaya qoymuşlar. Və bəlkə də bunu vandalizm yox, daha başqa terminlə, məsələn "ermənizm" kimi təqdim etmək daha münasib olardı

Əlbəttə ki, "ermənizm" dedikdə, daha çox bu xalqın nümayəndələri tərəfindən büruzə verilən bir əxlaq, daha doğrusu isə anti-əxlaq nümunəsindən söhbət gedir. Və yəqin ki, öz daxillərində cövlan edən qəzəb və kin hissini, nəfsani istəklərini, beyinlərdə və qəlblərdə cücərən vəhşilik işartılarını nəzarət və kontrol edə bilməyən hər bir fərd, hər bir xalq və ya hər bir cəmiyyət də bu "ermənizm" xəstəliyinə, sindromuna düçar ola bilər...

Uca Allahdan öz nəfsani meyillərimizi, daxilimizdə olan öz "mən"imizi İlahi çərçivədə saxlamaq, Allah bəyənən formada təzahür etmək diləyi ilə...

 

Rza Adil

Mənbə: moderator.az