ERMƏNİLƏR RUSİYA VƏ İRANI TƏXRİBATA ÇƏKİRLƏR - Türkiyəyə qarşı

Nə Rusiya, nə də İran Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan ərazilərində Türkiyənin loyal suriyalıları yerləşdirmək niyyətlərini qəbul etməyəcək. Rusiya lap əvvəldən buna imkan verməyəcək və gələcəkdə də lazımi anti-terror əks tədbirləri görəcək.

Bu fikirləri «Armenpress»ə erməni türkoloq Ruben Melkonyan son günlər Rusiya KİV-də Türkiyə tərəfindən Qarabağa suriyalı türkmən ailələrinin köçürlməsi barədə yayılan xəbərləri şərh edərkən bildirib («EADaily»).

Melkonyan hesab edir ki, belə şayiələr hətta real faktlara əsaslanmasa da, real sayılmaq üçün ciddi potensiala malikdir (əslində, bu yanaşma «uydur, sonra mübarizəyə qalx» məntiqinə söykənir). Onun fikrincə, bu məsələyə iki mühüm səviyyədə baxmaq lazımdır.

«Biricisi, Türkiyənin bu müharibədə açıq iştirakıdır ki, Ankara məsələ ilə mühaibədən sonra da fəal məşğul olacaq. Təbiidir ki, o, öz siyasi pioritetləri xatirinə müəyyən addımlar atmağa cəhd göstərəcək. İkincisi, biz nəzərə almalıyıq ki, demoqrafik siyasət və ya «demoqrafik mühəndislik» Türkiyə siyasətində çox mühüm yer tutur. Bu, çoxəsrlik tarixə malikdir və dövlət ənənəsinə əsaslanır. Türkiyə işğal olunmuş ərazilərdə mütləq özü üçün gələcək təhlükələri neytrallaşdırmaq siyasəti həyata keçirir və paralel olaraq, düşmən ölkələr üçün əlavə təhlükələr yaradır» - deyə, «karın könlündəki» məntiqindən çıxış edən dığa uydurub.

Bu zaman Melkonyan erməniyə xas olan həyasızlıqla, olmayan «erməni genosidi»ni (1915-1922 illər) xatırladıb. Guya, Osmanlı hakimiyyəti taixdə olmayan «tarixi Ermənistanın» müxtəlif hissələrinə müsəlman xalqların nümayndələrini yerləşdirib ki, bu da sonradan həmin ərazilərdə erməni xalqının məhv edilməsində mühüm rol oynayıb.

O, qeyd edib ki, Suriyanın bəzi rayonlarını işğal edən Türkiyə oralarda özünə loyal mövqedə olan insanları yerləşdirir. Bu sıraya türklərə etnik yaxınlığı olan əhali, ilk növbədə, Suriya türkmənləri də aiddir. Ona görə də gözləniləndir ki, Türkiyə uzağa tuşlanmış siyasi hədəfləri güdən demoqrafik strategiyasını Qarabağa da köçürsün.

Göründüyü kimi, riyakarlığı ilə hər zaman ürək bulandıran erməni mövzu ətrafındakı bütün söhbətini xəstə təxayülün məhsulu olan «ehtimallar» üzərində qurur və dediklərinin sübutu qismində heç bir konkret fakta (sübuta) istinad edə bilmir ki, bu da yumşaq desək «su bulandırmaq»dan başqa bir şey deyil.

«Mənim analizim Türkiyənin demoqrafik siyasətinin prinsiplərinə əsaslanır və bu prinsiplər təsdiqləməyə imkan verir ki, Qarabağa (guya, Arsaxa! - M.A.) yönəlik də Türkiyənin bu siyasəti xeyli realdır» - deyə, dığa «mal qızdırması» tutmuş it kimi sayıqlayır.

Bu zaman, patalogiyalı zehniyyat sahibi olan Melkonyan hesab edir ki, Türkiyə üçün əhəmiyyətli olanlar terrorçu ailələridir ki, onları istənilən vaxt mülki əhalidən radikal döyüşçülərə çevrilə, terror əməliyyatlarında iştirak edə bilirlər.

Məqamındaca qeyd etməliyəm ki, böyük ehtimalla, Rusiyanın xarici işlər naziri Lavrov-Kələntəryan və Fransa prezdenti Makron Qarabağ müharibəsində Azərbaycan tərəfdən Suriyalı muzdluların döyüşdüyü barədə absurd fikirlər səsləndirərkən, məhz Meylkonyan kimi psixikası pozulmuş ermənilərin belə uydurmalarına əsaslanırmışlar. Nəhayət, məkrli dığa əsas məqsədini ortaya qoyur və bildirir ki, Türkiyənin ehtimal olunan bu planları nəinki Ermənistanın, həm də Rusiya və İranın maraqları ilə toqquşur.

Bununla da erməni məkri özünün gözlənilən «zirvəsi»nə yetişir: «Rusiya potensial terrorçuların öz sərhədlərinə yaxın bölgəyə daxil olmasına imkan verməməlidir…»

Başqa sözlərlə ifadə etsək, məkrli erməni müstəsna ustalıqla Rusiyanı və İranı «qıdıqlayaraq», Türkiyənin üstünə qaldırmaq cəhdi göstərir.

Mirzə AĞ

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Ölkəni çörək qıtlığı, bahalaşma təhlükəsi gözləyir - Ermənistanın sabiq naziri

SONRAKI XƏBƏR

Laçının bu kəndləri tam boşaldıldı: İki gün qaldı