Erməni uşaqlar Xankəndində məktəbə Putinin portreti  və separatçı "bayraq"la getdi...-FOTO

Erməni uşaqlar Xankəndində məktəbə Putinin portreti  və separatçı "bayraq"la getdi...-FOTO

Azərbaycanın zəfər çaldığı 44 günlük savaşdan sonra məlum üçtərəfli razılaşmaya əsasən Rusiya sülhməramlılarının təşkilatçılığıyla Ermənistandan Xankəndinə qaytarılmış ermənilərin uşaqları dünən – noyabrın 27-də ilk dəfə məktəbə gediblər.

Moderator.az xəbər verir ki, “TASS”ın yaydığı məlumata görə, erməni uşaqlar ilk dərs günündə məktəbin qarşısında əllərində Rusiya prezidenti V.Putin və Müdafiə naziri S.Şoyqunun portretlərini tutublar.

Fotolardan göründüyü kimi, erməni balalarının əllərində Rusiya rəhbərləri ilə yanaşı, 1991-ci ildən bəri Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin üzdəniraq “bayraq” hesab olunan əski parçaları da var...

 

P.S. Fotoda görünməsə də, xəbərdə erməni uşaqların əlində Rusiya Müdafiə nazirinin də şəkli olduğu deyilir...

Sultan Laçın

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: moderator.az