Tramp Baydenin korrupsiyalaşmış ştatlarda səs topladığını iddia edib

Tramp Baydenin korrupsiyalaşmış ştatlarda səs topladığını iddia edib

ABŞ rəhbəri Donald Tramp bildirib ki, opponenti Co Bayden prezident seçkilərində ən çox korrupsiyalaşmış ştatlarda səs toplayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri tvitterdəki hesabında yazıb.

"Bayden Detroyt istisna olmaqla, qələbə qazanmağın lazım olduğu Filadelfiyada, Atlantada pis nəticələr əldə edib. Təəccüblü deyil ki, bütün bunlar ən əhəmiyyətli, tərəddüdlü ştatlarda yerləşdirilib və çoxdan öz siyasi korrupsiyası ilə məşhurdur", - prezident qeyd edib.

ABŞ lideri həmçinin bildirib ki, Birləşmiş Ştatlarda seçkilər üçüncü dünya ölkələri səviyyəsində keçirilir. O, səsvermə zamanı dəfələrlə qanun pozuntularının olduğunu deyib.

ABŞ-da prezident seçkiləri 3 noyabrda keçirilib. KİV-in məlumatına görə, Bayden seçici səslərin sayına görə Trampı qabaqlayıb. Bayden özü artıq seçkilərdə qələbəsini elan edib.

Mənbə: www.bizimyol.info