Arutyunyanın Rusiyaya səfərinin şok pərdəarxası - Politoloq açıqladı

Arutyunyanın Rusiyaya səfərinin şok pərdəarxası - Politoloq açıqladı

İnanmıram ki, separatçı Arayik Arutyunyan Moskvaya hansısa siyasi məsələlərin həlli üçün gedib. Ehtimalım budur ki, separatçının Rusiyaya səfərinin məqsədi dilənmək, oradakı erməni iş adamları, erməni biznesmenlərindən pul toplamaqdır. Bir növ lazım gəlsə, onların vasitəsilə silah almaq və Ermənistana göndərilməsinə nail olmaq niyyəti güdüb.

Bunu Teleqraf.com-a separatçı Arayik Arutyunyanın Moskva səfərinin məqsədlərini şərh edən professor Qabil Hüseynli deyib.

Onun fikrincə, ermənilər özlərinin müəyyən etdiyi “hədəflərə” çatmaq istiqamətində səylər göstərir: “Ordunu yenidən qurmaq, silahlandırmaq da bu hədəflərə daxildir. Ancaq bunların hamısı mənasız səylərdir. Bölgədə Türkiyə kimi güclü dövlət var. Azərbaycanın qüdrəti hər keçən gün artır. Ermənistan ağlını başına yığıb dinc və yanaşı yaşamaq siyasətinə əməl etməlidir. Onlar üçün bunun alternativi yoxdur”.

Politoloq qeyd edib ki, Arayik Arutyunyanın taleyinin necə olacağı da diqqətlə izlənilməlidir: “Bu şəxs Xankəndində sülhməramlı qüvvələrin komandirləri ilə fotolar çəkdirir, yeni binaların tikintisi, dağılan evlərin bərpa edilməsinə dair göstərişlər verir. Əlbəttə, bu, təbliğat xarakteri daşıyır.

Rusiya onu yaxına buraxmamalıdır. Bu şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır, onunla bağlı cinayət işi var. Əslində onu Rusiyada tutub Azərbaycana təhvil vermək lazım idi. Bu adam indi Azərbaycan ərazisindədir və təxribatlarla məşğul olur”.

Mənbə: teleqraf.com