Bloomberg: “Türkiyə, Rusiya ilə fikir ayrılıqlarına görə ABŞ-la yaxınlaşmağı planlaşdırır”

Bloomberg: “Türkiyə, Rusiya ilə fikir ayrılıqlarına görə ABŞ-la yaxınlaşmağı planlaşdırır”

Türkiyə, prezident seçkilərində Joe Baydenin qələbəsi, Rusiya ilə fikir ayrılıqları və Avropa Birliyinin sanksiyaları ilə əlaqədar Amerika Birləşmiş Ştatları də daxil olmaqla, Qərblə münasibətləri yaxşılaşdırmağa çalışır.

Bu barədə Bloomberg xəbər kanalı Türkiyədəki mənbələrə bu barədə istinadən bu məlumat yayıb.

Məlumata görə, Türkiyə ilə Rusiya arasındakı ziddiyyətlər Liviya və Suriyadakı vəziyyətlə əlaqədar kəskinləşməyə başladı. İki ölkə arasındakı münasibətlər Dağlıq Qarabağdakı münaqişədən sonra daha da pisləşib.

“Blomberg”-in mənbələrinin fikrincə, Ankara mövcud vəziyyətlə əlaqədar xarici siyasətini yenidən nəzərdən keçirmək məcburiyyətindədir.

21 noyabrda Ərdoğan ölkəsinin Avropaya inteqrasiyaya meylli olduğunu, gələcəyini Avropa ilə qurmağa çalışdığını söyləmişdi. Ankara bütün müttəfiq və dost dövlətlərlə əməkdaşlığı dərinləşdirməyi də planlaşdırır.

Mənbə: pia.az