Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir -YENİLƏNİB + FOTOLAR

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir -YENİLƏNİB + FOTOLAR

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası Tərtər rayonundadır.

Trend-in bölgə müxbirinin məlumatına görə, nümayəndələr Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələri ilə yerində tanış olurlar.

Daha sonra nümayəndə heyəti Ağdama səfər edəcəklər.

10:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama aparırıq.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq "ruhlar şəhəri"nə və "şəhərə qarşı terror"un (urbicide) nümunəsinə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: apa.az