"Nücəba" rəsmisi də dünənki terrora görə İsraili ittiham etdi

"Nücəba" rəsmisi də dünənki terrora görə İsraili ittiham etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Nücəba" hərəkatının mətbuat katibi Nasir əş-Şəmmari iranlı nüvə alimi Möhsin Fəxrizadənin öldürülməsinə münasibət bildirib.

Nasir əş-Şəmmari açıqlamasında vurğulayıb ki, baş verən terror hücumunun arxasında birbaşa İsrail rejimi dayanır.

"İranın müqavimət göstərərək uğurlar qazanacağına inanırıq. Bu ölkə heç bir təzyiqə boyun əyməyəcək", - deyə Nasir əş-Şəmmari açıqlamasında diqqətə çatdırıb.

O qeyd edib ki, "Nücəba" hərəkatı Möhsin Fəxrizadənin öldürülməsinə görə başda Ali Dini lider Ayətullah Seyid Əli Xamenei olmaqla İran xalqına başsağlığı verir.

Mənbə: eastnews.org