Anası rus olduğu üçün ordudan qovulan əsgər: Vətənə xəyanət etmiş...

Anası rus olduğu üçün ordudan qovulan əsgər: Vətənə xəyanət etmiş...

Norveç ordusunda xidmət edən 20 yaşlı Martin Yakobsen qovulub.

Publika.az xəbər verir ki, buna səbəb əsgərin anasının rus olması və Rusiyada qohumlarının yaşamasıdır.

Norveç mediasının məlumatına görə, M.Yakobsen yanvar ayında seçim mərhələlərindən keçdikdən sonra orduya qəbul olunub. Bir neçə ay sonra isə səlahiyyətli şəxslər onun casus ola biləcəyindən şübhələnərək ordudan uzaqlaşdırıb.

M.Yakobsen isə həyatında sadəcə 2 dəfə Rusiyaya səfər etdiyini, anasının isə 20 ildən çoxdur ki, Norveçdə yaşadığını bildirir.

O, özünü Vətənə xəyant etmiş kimi hiss etdiyini qeyd edir: “Sanki dövlət mənə “sən kifayət qədər norveçli deyilsən” deyirmiş kimiydi. Amma mən özümü hər zaman həqiqi norveçli kimi hiss edirdim. Bu, çox ağrılıdır”.

Qeyd edək ki, son 4 ildə Norveç ordusundan 688 nəfər etibarsızlıq səbəbilə uzaqlaşdırılıb.

Norveç Silahlı Qüvvələrinin Ombudsmanı Roald Linaker gənclərin yoxlanışdan keçirilmədən orduya qəbul olunmasını tənqid edib.

Aprel ayında qüvvəyə minən qanuna əsasən, xarici ölkələrlə əlaqəsi olan şəxslər Norveç ordusuna qəbul edilmir. Bu qayda daha çox Norveç və NATO üçün təhdid təşkil edən Rusiya, Çin, İran, Ukrayna, Filippin, Braziliya, Belarus və Meksika ilə əlaqələri olan insanları hədəf alır.

Zümrüd

Mənbə: publika.az