“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...

“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...

Ermənistanda hərbçilərin valideynləri hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

Moderator.az düşmən mediasına istinadən xəbər verir ki, əsgər valideynləri Müdafiə Nazirliyindən sonra hökumət binasının qarşısına yürüş ediblər. Onlar uşaqlarının həyatı üçün narahat olduqlarını bildiriblər:

“Zəng etdikdə nə xəbər olduğunu soruşurlar və onlar üçün nəsə deyə bilmədiyimizə görə utanırıq. Burda çarəsiz qalmışıq və onlara heç bir kömək edə bilmədiyimiz üçün xəcalət çəkirik. Biz isti yatağımızda yatırıq, uşaqlarımız isə yerdə torpağı üstündə yatırlar” - deyə etirazçılardan biri deyib.

Etirazçılar hökumət binasında onları kiminsə qəbul etməsini tələb ediblər, əks halda dağılışmayacaqlarını deyiblər.

Vasif Əlihüseyn

Mənbə: moderator.az