Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU - FOTO

Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU - FOTO

Azərbaycanlı əsgər minaya düşərək şəhid olub.

Sonxeber.az xəbər verir ki, şəhidimiz Nahid Musa oğlu Ağalarovdur. O, 44 günlük müharibənin qəhrəmanlarından biridir. Bir neçə gün öncə Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub.

Bildirilir ki, Nahidin böyük qardaşı Yaşar da Birinci Qarabağ müharibəsində - Daşaltı əməliyyatında itkin düşmüşdü, uzun illər ondan xəbər çıxmadı deyə ona şəhidlik statusu verildi. Tale elə gətirdi ki, Nahid də qardaşının döyüşdüyü yerdə - Şuşa, Daşaltı yaxınlığında şəhid oldu.

 

Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU

Şəlalə Babayeva

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: sonxeber.az