“Ermənilərin gününə düşəcəyik” – Yunanıstan kəşfiyyatçısı

“Ermənilərin gününə düşəcəyik” – Yunanıstan kəşfiyyatçısı

“Bizlər də ermənilər kimi, Türkiyə PUA-larının qurbanı olacağıq”.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, bunu sabiq yunan kəşfiyyatçısı Savvas Kalenderidis deyib.

O, Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyətinə diqqət çəkərək, “Qarabağdakı ermənilərlə baş verənlər bizim də başımıza gələ bilər. Belə davam edərsə, ermənilər kimi Türkiyə PUA-larının qurbanı olacağıq”, - deyib.

Kalenderidis qatıldığı televiziya proqramında Türkiyə PUA-larının bütün hədəfləri vurduğunu qeyd edib: "Niyə Yunanistan hökuməti heç bir şey etmir? Nəyi gözləyirik? Yavaş-yavaş mavi vətən bölgəsinin türkləşməsinə doğru irəliləyirik”.

Xatirə

Mənbə: cebhe.info