"Komsomolskaya pravda": Fransa Senatının Qarabağın müstəqilliyini tanımaq istəyinin üç səbəbi

"Komsomolskaya pravda": Fransa Senatının Qarabağın müstəqilliyini tanımaq istəyinin üç səbəbi

İlk baxışdan mənzərə belədir. Senatın qərarından Ermənistan sevindi, Azərbaycansa hiddətləndi. Amma…

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına səs verdi. Bu qərarın mahiyyət etibarilə heç bir qanuni qüvvəsi yoxdur, sadəcə bir siyasi gərginlik yaradır.

Fransa prezidentinin rəsmi razılığı olmadan Qarabağın müstəqilliyi tanınmayacaq. Makronsa hələlik susur.

Əlbəttə ki, senatorların qərarı gözlənilməz deyil. Bunun bir neçə səbəbi var.

Birincisi, Fransa dünyanın ən böyük erməni diasporlarından birinə sahibdir. 600 min nəfər erməni bu ölkədə yaşayır. Onların arasında çox sayda varlı və nüfuzlu insan var. Ona görə də Avropa İttifaqı ölkələrindən ilk olaraq İrəvana xoş münasibət göstərən ölkənin Fransa olmasında təəccüblü bir şey yoxdur. Baxmayaraq ki, Ermənistanın özü hələ də Qarabağın müstəqilliyini tanımayıb.

İkincisi, Paris Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın 10 noyabr anlaşmasından incik düşüb. Axı, Fransa bu qarşıdurmanı həll etməli olan Minsk Qrupunun həmsədridir (ABŞ və Rusiya Federasiyası ilə birlikdə). Ancaq Moskva sülhün əsas memarı oldu və Fransa bir kənarda qaldı.

Üçüncüsü, Makronun Bakını açıq şəkildə dəstəkləyən Türkiyə prezidenti Ərdoğanla münasibətləri çox pisdi. Və Yelisey Sarayı Türkiyəni cəzalandırmaq üçün bu addımı atdı.

Ermənistan və Azərbaycanın məsələyə reaksiyasına gəldikdə isə, birincisi sevinir, ikincisi qəzəblidir. Ancaq bu günə qədər ortada Qarabağın müstəqilliyinin tanınmasından bəhs edən bir sənəd yoxdur.

“Komsomolskiy pravda”, 27 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev

Mənbə: konkret.az