Ayətullah Xameneinin müşaviri sui-qəsdi qorxaqcasına addım olaraq xarakterizə etdi

Ayətullah Xameneinin müşaviri sui-qəsdi qorxaqcasına addım olaraq xarakterizə etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti nüvə alimi Möhsin Fəxrizadənin öldürülməsinə münasibət bildirib.

Əli Əkbər Vilayəti açıqlamasında vurğulayıb ki, düşmən pis niyyətlərinə çatmaq üçün sui-qəsd yolunu seçməyə başlayıb.

"Onlar ən son yol yol olaraq suu-qəsdi seçdilər. Sanksiyalar və təzyiq siyasətləri ilə İranı çökdürə bilməyənlər belə qorxaqcasına addım atdılar", - deyə Əli Əkbər Vilayəti diqqətə çatdırıb.

O qeyd edib ki, buna baxmayaraq İran xalqı və dövləti tutduğu yoldan geri dönməyəcək.

Mənbə: eastnews.org