İranda koronavirus həyəcanı: Bütün dövlət qurumları bağlandı

İran koronavirus pandemiyasına qarşı yeni tədbirlər görməyə başlayıb.

Avropa.info xəbər verir ki, yoluxma sayının hər gün artması və ölümlərin qarşısının alına bilməməsi hökumətin bu yöndə qərar verməyə məcbur edib.

Tehran idarəçiliyi ölkədəki bütün dövlət qurumlarının ikinci bir əmrə qədər bağlanmasına qərar verib.

İkinci əmrə qədər bağlanacaq olan dövlət qurumlarında yalnız "ən vacib personal"ların iş vaxtından artıq çalışacağı açıqlanıb.
İran dövlət televiziyasında verilən açıqlamada vətəndaşların dövlət qurumlarında görüşləri və ya göürləcək işləri təxirə salmalarının vacib olduğu açıqlanıb.
Müvafiq direktorların və ofis rəhbərlərinin dövlət qurumlarında hansı dövlət qulluqçularının çalışacağı barədə məlumat verəcəkləri qeyd edilib.
Qadağanın nə qədər vaxt aparacağı hələ dəqiqləşdirilməyib, lakin koronavirusun təsirini azaltsa, bunun yumşaldılacağı biləcəyi bildirilir.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

SONRAKI XƏBƏR

OECD: COVID-19 böhranı rəqəmsal texnologiyalardan asılılığı ortaya çıxarıb