ABŞ-ın yeni Prezidentinin komandasındakı məşhur isimlər və “qırğılar”

ABŞ-ın yeni Prezidentinin komandasındakı məşhur isimlər və “qırğılar”

ABŞ-ın yeni seçilən prezidenti Co Bayden hökumət kabinetini formalaşdırmağa başlayıb. Baydenin komandası haqda nə bilirik? Kabinetin yeni üzvləri kimlərdir? Yönləri, türk-müsəlman coğrafiyasına, Rusiyaya, Çinə necə yanaşırlar? ABŞ-da iqtidar dəyişikliyi dünyanın iqtisadi-siyasi-hərbi yönünə nə kimi dəyişikliklər edəcək?

Politoloq Yeganə Hacıyeva bildirdi ki, prezident Tramp hakimiyyətin ötürülməsinə rəsmi olaraq start verdikdən sonra, ABŞ-ın yeni seçilmiş prezidenti Bayden büdcə vəsaitlərinə, gündəlik prezidentlər üçün nəzərdə tutulan brifinq və xüsusi informasiyalara çıxış əldə etdi və paralel də öncədən qismən formalaşdırdığı kabinet üzvlərini elan edib: “ABŞ-ın yeni prezident admisntrasiyasının üzvləri haqqında danışmazadan öncə mən ABŞ-ın yeni seçilmiş prezidenti Bayden kabinetinin formalaşdırmasında prezident Trampdan fərqliliyi haqqında danışmaq istəyirəm. Siyasi istebleşmendən olmayan Donald Trump komanda və adminstrasiya üzvləri də sıradan insanlardan olması ilə seçilirdi və biz keçən 4 il ərzində ABŞ dövlət siyasətinin həyata keçirilməsində adi insanlar və Vaşinqton bürokratları arasında bir mübarizənin şahidi olduq. Bunun nəticəsidir ki ABŞ 45-ci prezidentinin komandası daha çox istefalar olan bir prezident komandasi kimi yadda qaldı. Artıq elan olunmuş kabinet üzvlərini bir cümlədə belə ifadə edə bilərik ki, Bayden isə açıq-aşkar tanıdığı və uzun müddət etibar etdiyi insanlarla komanda qurmağa üstünlük verib. Bununla Tramp admisntrasiyasının ilk illərindəki dramatik kadr hərc-mərcliyindən sonra Bayden Ağ Evə ənənəvi ABŞ siyasətinin təməllərinin qayıtdığını nümayiş etdirmək istəyir. Kadr seçimində Bayden balanslı, amma mühafizəkar bir üsluba üstünlük verib. ABŞ siyasi dairələrinə bir neçə nəsil xidmət etmiş ailələrin nümayəndələrindən, ənənəvi siyasi elitadan olan insanları, uzun illər peşəkar diplomat təcrübəsi, ənənələrə və qurumlara sədaqəti olan namizədlərə üstünlük verib”.

Yeganə Hacıyeva

Ekspert dedi ki, xarici siyasət ABŞ prezidenti kimi Baydenin fəaliyyətinin əsasını hissəsini təşkil edəcək: “Dövlət Departamentinin başçısı kimi Anthoni Blinkenin namizədliyini irəli sürüb. Bir neçə nəsil ABŞ dövlət siyasətinə xidmət etmiş ailəyə məxsus Blinken Hillari Klintonun Yaxın Şərq və İŞİD ilə mübarizə məsələləri üzrə xüsusi vəkili vəzifəsində çalışıb. Pentaqon rəhbəri kimi keçmiş müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Michel Flournoy namizədini irəli sürüb.

Blinken və Flournoy birlikdə həm də xarici siyasət üzrə “beyin mərkəzi”nin həmtəsisçiləri və rəhbəri idilər.

Donald Trampın prezidentliyi dövründə bu cütlük bir sıra xarici ölkə rəhbərlərinə siyasət üzrə konsalting xidməti göstərirdilər. Baxmayaraq ki, Bayden iki gün öncə ABŞ-ın lazımsız konfliktlərdə iştirak etməyəcəyi haqda danışsa da, mən bunun fərqli olacağı qənaətindəyəm”.

Y.Hacıyeva qeyd etdi ki, Baydenin seçdiyi kabinet üzvləri Klinton və Obamanın prezidentliyi dövründə aqressiv xarici siyasəti həyata keçirən komandların iştirakçısı olublar: “Bu və ya bir neçə fərqli məqamlar Baydenin rəhbərliyi ilə ABŞ xarici siyasətini agressiv xarici siyasət kimi proqnozlaşdırmağa əsas verir. Məsələn, Dövlət Katibliyinə namizəd Blinken Amerika ordusunun Əfqanıstan və İraqdan tələsik şəkildə çıxarılmasının məqsədəuyğunluğundan şübhə ilə yanaşması haqqında fikirlərini bildirib. ABŞ-ın yeni adminstrasiyasının xarici siyasətdə Çinlə bağlı yanaşması isə bu Blinkenin bu günlərdə twitter üzərindən “Tayvanla iqtisadi əlaqələrin gücləndirilməsi, ABŞ-ın ortaq demokratik dəyərlərinə və bölgədəki sülh və sabitliyə ümumi bağlılığına sədaqətidir kimi” fikirlərinə görə müəyyənləşdirə bilərik.

Baydenin idarəçiliyində ABŞ-in Rusiya ilə bağlı siyasəti bir az daha loyallaşma hiss olunacaq. Çünki ABŞ-la münasibətləri sərtləşməsi Rusiyanın Qərbdən üz çevirərək getdikcə Çindən daha asılı vəziyyətə düşməsinə səbəb olduğunun və bu ABŞ-ın bunu görməməzliyə vurmayacağı qənaətindəyəm. Bayden Moskva ilə münasibətlərin yaxşılaşdırılmasında təşəbbüskar prezident kimi yadda qalacaq. Rusiyanın bu təşəbbüsləri nə qədər adekvat qarşılaması ayrı mövzudur. Türkiyə ilə qurulacaq münasibətlər Baydenin ənənəvi anti-Türkiyə ritorikasından fərqli olacağı qənaətindəyəm. ABŞ Türkiyənin Yaxın Şərqdə proseslərə təsir gücündən pozitiv istifadəyə can atacaq. Amma əlbəttə ABŞ Konqresindəki erməni lobbisi və onların simaları Türkiyə daxili siyasətinə qarışmaq üçün cəhdlər edəcəklər”.

Con Kerri

Politoloq bildirdi ki, digər bir namizəd Con Kerri prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi olacaq və ABŞ-ın Tramp dövründə imtina etdiyi Paris İqlim Sazişinin həmmüəlliflərindən biri kimi Kerri, dünyanın iqlim böhranına son qoyması üçün dünyanın birləşməli olmasına vacibliyiə israr edir: “Bayden rəhbərliyinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq müqavilələrə yenidən baxılması üçün çalışacaq, ABŞ Paris Sazişinə qayıdacaq və bu sahədə yeni müqavilələr üzərində işə başlayacaq. Bayden əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin birinci qadın müavini olan Avril Haynesi Milli Kəşfiyyatın Direktoru kimi namizədliyini irəli sürüb. Avril Haynes ABŞ-ın 17 güc və kəşfiyyat təşkilatdan ibarət Amerika Kəşfiyyat Cəmiyyətinə rəhbərlik edəcək və Amerika kəşfiyyat proqramına nəzarət edəcək.

ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizəd olan Linda Thomas-Greenfield, ABŞ-ın beynəlxalq münasibətlərdə çoxtərəflili siyasətinin dönəcəyini və diplomatiyanın qayıtdığını bildirib. Daxili siyasəti bir cümlədə proqnoz verim ki, pandemiyanın fəsadları və ayrı-seçkiliklə mübarizə üzərində qurulacaq. Əvvəllər departament rəhbərinin müavinlərindən biri olan Daxili təhlükəsizlik agentliyini rəhbəri Kuba vətəndaşı Alejandro Mallorkasın namizədliyi irəli sürülüb ki, Mallorkas bu vəzifəni tutan ilk İspaniyalı olacaq. Baydenin federal büdcəyə nəzarət üçün Obama dövründə ABŞ Federal Ehtiyat Sisteminin sədri vəzifəsində işləyən Janet Yellen nəzərdə tutur”.

Mənbə: cia.az