Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO

Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO

Xankəndinin erməni sakinləri və qondarma separatçı Qarabağ rejiminin nümayəndələri bölgədə sülhün təmin olunmasına görə minnətdarlıq hissi ilə Rusiya sülhməramlılarının müşahidə məntəqələrini ziyarət edərək hərbçilərə meyvə dəstləri və şirniyyatlar təqdim ediblər.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Vəziyyətin gecə-gündüz monitorinqi və şimal və cənub məsuliyyət zonalarında atəşkəs rejiminə riayət olunmasına nəzarət hazırda 23 müşahidə məntəqəsində aparılır. Rus sülhməramlıları, vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin edir, humanitar yardım göstərir, mülki infrastrukturun bərpasında iştirak edir. Bunun üçün 300 tondan çox tikinti materialları təhlükəsiz şəkildə Stepanakertə(Xankəndinə-S.L.) çatdırılıb”- məlumatda belə deyilir.

Sultan Laçın

 

 

Mənbə: moderator.az